Xəzər Televiziyasında ilk proqramına başlayan tanınmış jurnalist Xoşqədəm Hidayətqızı verilişdən sonra sevincinin dadını həyat yoldaşı Doğuş və əkizləri ilə yemək masasında çıxarıb.

Publika.az xəbər verir ki, X.Hidayətqızı ailə fotosunu "İnstagram" səhifəsində paylaşıb və belə yazıb:

“Biz əkizlərimizlə verilişə hazırlaşırıq. Sizinlə görüşə tələsirik. Baxın görün, Arın atasının qucağındakı Ardanı necə qısqanır? Fotonun çəkildiyi sırada ağladı və nəticədə istəyinə nail oldu. İndi də atasının qucağındadır. Bunlar böyüdükcə, biz neyləyəcəyik?”

Qeyd edək ki, jurnalistin üç oğlu var və böyük oğlu xaricdə yaşayır.

Cəvahir

Xoşqədəm Hidayətqızı: “Görün necə qısqanır?”- FOTO