Şou nümayəndələrinin yol-hərəkəti qaydalarını pozlamarı nəticəsində cərimə balları və ödəməli olduqları məbləğ barəsində məlumat ortaya çıxıb.

Milli.Az xəbər verir ki, avtosfer.az-a saytı bu barədə apardığı araşdırmanı dərc edib. Bir çox sənətçinin avtomobili sənədsiz idarə etməsi, cərimə ballarının 20-dən çox olması, cərimələri ödəmədikləri üçün avtomobilə həbs qoyulması kimi hallar ortaya çıxıb.

1 - Vasif Məhərrəmli - 10 VM 500 - 31 MMX-sı var. Cərimə balları üst-üstə 20 balı keçir. Ödənilməyən cərimələrinin məbləği 940 manat təşkil edir.

2 - Faiq Ağayev - "Audi-Q7" - 10 FA- 222 - 8 MMX-sı var. 250 manat - 8 bal

3 - Ayaz Qasımov - 10 EA 011. Əvvəl "Range Rover"də olan nömrə hazırda "Mercedes C class"dadır. 113 MMX-sı var. Cəriməsi 6500 manatı keçir. Əksəriyyəti sürət həddinin aşılması və svetoforun qırmızı işığından keçməkdir.

4 - Manaf Ağayev - 10 LZ 799 və 10 BU 100. 37 MMX-sı var. 930 manat - 20 balı ötüb.

5 - Məşqçi Kamil Zeynalov - 99 FP 999 "Cadellac" - avtomobilin 1 həbsi, 14 MMX protokolu var. Cəriməsi 480 manat, 15 bal.

6 - İlahə İbadova - "Dodge Durango" - 90 NM 007, Avtomobilə 4 dəfə həbs qoyulub. 3 MMX, 30 manat.

7 - Meyxanaçı Pərviz Bülbülə - "Toyota" - 10 KC 011 - 58 MMX-sı var. Cərimə məbləği 1600 manatı keçib. Cərimə balları isə 40-a çatır. Pərviz bu avtomobili etibarnamə olmadan idarə edir.

Milli.Az

Yerli məhşurların qayda pozuntuları - Cərimə və ballar - FOTO
Yerli məhşurların qayda pozuntuları - Cərimə və ballar - FOTO