Almaniya millisinin sabiq qolkiperi Harald Şumaxer ölkə futbolunun hazırki mənzərəsi barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, hazırda "Köln"ün vitse-prezidenti olan Şumaxer Bundesliqada "Bavariya"nın monopoliyasından narahatdır.
"Futbolun bir problemi var. "Bavariya" sanki şəxsi çempionatında oynayır, bizi isə futbolun inkişafı məsələsi maraqlandırır. Münhen klubu ilə çoxdandır ki heç kim rəqabət apara bilmir. İkinci er uğrunda "Borussiya Dortmund" və "Bayer Leverkuzen" mübarizə aparır. Bu mübarizəyə "Borussiya Mönhengladbax" və "Schalke-04" də qoşulur".
Milli.Az