Türkiyədə dərslərə fasilə verilib

Türkiyədə dərslərə fasilə verilib
11:58 5 Yanvar 2015
123 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Türkiyənin Kütahya şəhərində güclü qar yağması səbəbindən məktəblərdə dərslər birgünlük təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Məlumata əsasən, bəzi iş yerləri də birgünlük bağlanıb.

Artıq bir həftədir ki, Türkiyənin bir çox şəhərlərində qeyri-sabit hava şəraiti hökm sürür. Bununla əlaqədar bəzi dəniz reysləri, daxili və beynəlxalq uçuşlar təxirə salınmışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR