"Qalatasaray"ın hücumçusu Lukas Podolski həmyerlisi Bastian Şvaynştaygerin "Mançester Yunayted"in əvəzedici komandasına göndərilməsinə narazılığını bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Podolski bunları deyib:
"Bastianın karyerasını baxsaq, bu statusda olan futbolçunu əvəzedici komandaya göndərmək sadəcə düzgün deyil. Mourinyonun onunla nə barədə danışdığını bilmirəm. Amma, istənilən halda Şvaynştayger kimi futbolçunu əvəzedici komandaya atmaq heç də yaxşı çıxmır. Məşqçi əsas heyətə qapını qapını hamı, xüsusilə Şvaynştaygerin üzünə açıq saxlamalıdır".
Milli.Az