Sentyabrın 24-də Heydər Əliyev Sarayında "Baku Sinfonietta" orkestrinin iştirakı ilə "Broadway Night Show" adlı konsert proqramı təşkil olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, konsertdə tamaşaçılara sevilən "Walt Disney" musiqiləri təqdim olunub.

Konsertdə, həmçinin rəngarəng süjet xətti ilə seçilən "Aslan Kral" (The Lion King), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və bədheybət" (Beauty and the Beast), "Ələddin" (Aladdin), "Su Pərisi"(The Little Mermaid), "Mulan" (Mulan), "Pinokkio" (Pinocchio), "Anastasiya" (Anastasia) və digər ən məşhur "Walt Disney" cizgi filmlərindən kompozisiyalar səsləndirilib.

"Baku Sinfonietta" orkestrinə dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə rəhbərlik edib.

Konsert çərçivəsində "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov və "Səs Azərbaycan" müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova bir-birindən maraqlı musiqi nömrələri səsləndiriblər.

Milli.Az

Elnur Hüseynov Heydər Əliyev Sarayının səhnəsində - FOTO
Elnur Hüseynov Heydər Əliyev Sarayının səhnəsində - FOTO
Elnur Hüseynov Heydər Əliyev Sarayının səhnəsində - FOTO
Elnur Hüseynov Heydər Əliyev Sarayının səhnəsində - FOTO