"Azərbaycan mühacirət irsinin araşdırılması" layihəsinin müəllifi Dilqəm Əhməd Azərbaycan Cümhuriyyətinin lideri, Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadəyə aid iki məktub əldə edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu məktublar Türkiyədən tapılıb və ilk dəfə yayımlanır.

Polşadan Məhəmməd Əli Rəsulzadəyə (əmisi oğluna - red.) və Abbasqulu Kazımzadəyə (dostuna - red.) göndərilmiş məktublarda Məhəmməd Əmin Rəsulzadə sağlamlığı barədə məlumat verir. Hər iki məktub 1932-ci ildə yazılıb. Məktublar "Baksell" şirkətinin maliyyə dəstəyi hesabına əldə edilib.

Birinci məktub-açıqca

Mur M.Ali Bey.

Kurtuluş, Bozkurt yakası № 41.

İstanbul (Turquie)

14/VII/32

Azizim!

Ayın 2-sinden itibaren Lehistanın (Poşanın - D.Ə) bu şirin ve gözel mesiresinde (parkında D.Ə) istirahatta ve tedavideyim.

Sizlere selam. Doktorlar tam istirahat talep ettiklerinden uzun yazmıyorum. Afv et.

M.Em.

İkinci məktub-açıqca

Kazımzade Abbas Bey

Beyazitte, Havuz karşısında "Azerbaycan" kırtasiye mağazasında.

İstanbul (Turquie).

8/VIII/32

Azizim Abbas Bey!

25 ve 28/VII tarihli mektuplarını aldım. Verdiğin hoş haberlere teşekkür ederim. Ayın 20-sine kadar buradayım; eger havalar düzelse. Çünkü 5 gündür bozuldu, şimdi açılıyor. Sihhatim: İştiham mükemmel, yukum eyi, şeker sıfır, rengim yanık, gözlerim ferlidir (işıqlıdır - D.Ə). 2 kilo da artmışam. Bir-iki kilo da alırsam, yeter. İçmekte olduğum su naftuşadır. Nefit kokuyor. Neft-su.

Mirza Bey yakin ki, kartını almıştır.

Arkadaşlara selam. Öperim seni.

M.Em.

Milli.Az

Rəsulzadənin iki gizli məktubu tapıldı - FOTO
Rəsulzadənin iki gizli məktubu tapıldı - FOTO
Rəsulzadənin iki gizli məktubu tapıldı - FOTO