Əfqanıstanda terror aktı baş verib: 7 ölü, 2 yaralı

Əfqanıstanda terror aktı baş verib: 7 ölü, 2 yaralı
08:52 2 Oktyabr 2016
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Əfqanıstanda terror aktı baş verib.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə Helmand vilayətində qeydə alınıb. Vilayətin mərkəzi Laşkarşah şəhəri yaxınlığındakı Bolan bölgəsində yol kənarında yerləşdirilən bomba içində mülki vətəndaşların olduğu avtomobil ərazidən keçərkən partlayıb.
Nəticədə 4-ü uşaq olmaqla 7 nəfər yaralanıb. Hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.
Helmand Vilayətinin sözçüsü Ömər Zuvak bombanın bölgədə "Taliban" silahlıları tərəfindən yerləşdirildiyini iddia edib. "Taliban" məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR