"Verder"in futbolçuları millimizə qarşı

"Verder"in futbolçuları millimizə qarşı
17:17 3 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Çexiya millisinin oktyabrın 8-də Almaniya və həmin ayın 11-də Azərbaycanla oyunlar üçün heyəti açıqlanıb.Fanat.Az xəbər verir ki, 20 futbolçu ilkin heyətə daxil edilib. 

Daha sonra 3 oyunçu da bu siyahıya əlavə olunacaq. Heyətdə "Qarabağ"a tanış olan Çexiyanın "Viktoriya" və "Slovan" klublarından 3 futbolçu da var. 

Qapıçılar: Tomaş Vatslik ("Bazel", İsveçrə), Yaroslav Drobnı ("Verder", Almaniya), Tomaş Koubek ("Sparta").
Müdafiəçilər: Tomaş Sivok ("Bursaspor", Türkiyə), Teodor Qebre Selassie ("Verder", Almaniya), Marek Suxi ("Bazel", İsveçrə), Pavel Kaderjabek ("Hoffenhaym", Almaniya), Filip Novak ("Midilyand", Danimarka), Yakub Brabets ("Qenk", Belçika).
Yarımmüdafiəçilər: Ladislav Kreyçi ("Bolonya", İtaliya), Borjek Doçkal, Martin Fridek (hər ikisi "Sparta"), Milan Petrjela, Tomaş Horjava (hər ikisi "Viktoriya"), İrji Skalak ("Brayton", İngiltərə), David Pavelka ("Kasımpaşa", Türkiyə), Yan Sikora ("Slovan").
Hücumçular: Matey Vıdra ("Derbi", İngiltərə), Vatslav Kadlets ("Sparta"), Patrik Şik ("Sampdoriya", İtaliya).

Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu ölkənin 3-cü böyük şəhəri olan Ostravada keçiriləcək.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotverderquotin-futbolcular-millimiz-qar-t53056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR