Qəzada yaralanan "Qarabağ"ın menecerinin vəziyyəti necədi?

Qəzada yaralanan "Qarabağ"ın menecerinin vəziyyəti necədi?
17:17 4 Oktyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

14 avqust günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş vermişdi. 

"Qarabağ" klubunun meneceri Asif Əsgərovun idarə etdiyi "Mitsubişi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı maşına arxadan çırpılmışdı. Hadisə zamanı avtomobildə yer alan onun valideynləri və ailə üzvləri də müəyyən xəsarətlər almışdı.


Lakin ən ciddi xəsarəti sükan arxasında olan Asifin özü almışdı. Əsgərov artıq evdədir. Qaynarinfo.Az "Qarabağ"ın menecerinin son durumu ilə bağlı "Baku Medikal Plaza"da onun əməliyyatını həyata keçirmiş plastik-cərrah Rauf Kərimovla əlaqə saxlayıb:

"Mən onun sol qolundakı toxuma yoxluğunu əməliyyatlar vasitəsilə bərpa etdim. Yuyulmaları da əməliyyat saysaq, 10-a yaxın əməliyyat etdik. Bu daha çox təmizlik əməliyyatı sayılır. Lakin daha ciddi əməliyyatlar 3-4 dənə oldu. İndi evə buraxılıb və evdə fizioterapevt şəraitində müalicə alacaq. Travmotoloq Rəşad Zeynalovun göstərişləri əsasında bu müalicə davam etdiriləcək. Bu müalicə kurslarında əzələlərin bərpası olacaq. Bundan sonra onun qolunu əvvəlki kimi hərəkət etdirib-etdirməyəcəyi bilinəcək. Bunu zaman göstərəcək. Əvvəlki kimi qolunu tərpədə də bilər, bir az fərq də ola bilər".

Картинки по запросу Asif Əsgərov

Qeyd edək ki, Asif Əsgərov təxminən 10 gündür ki, evə buraxılıb.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qzada-yaralanan-quotqarabaquotn-menecerinin-vziyyti-necdi-t53085.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR