Cazibədar Vəfa Zeynalova özəl gününü kiminlə keçirəcək?

Cazibədar Vəfa Zeynalova özəl gününü kiminlə keçirəcək?
17:48 4 Oktyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist, akademik Milli Dram Teatrının aktrisası Vəfa Zeynalovanın bu gün doğum günüdür.

41 yaşını tamamlayan cazibədar aktrisa təəssüratlarını Publika.az-la bölüşüb:

“Hər zaman doğum günlərimi özümə həsr edirəm. Bu gün mənim üçün məxsusi bir gündür. Ailəmlə bərabər qeyd edəcəyik. Sevincliyəm”.

İlk təbriki həyat yoldaşından və əkiz qızlarından aldığını deyən aktrisa ilk hədiyyələri də onlardan alıb.

Vəfa Zeynalova 1975-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlayıb.

Aktrisa Azərbaycan Dövlət televiziyasında hazırlanan bir çox teletamaşalarda, eləcə də film və seriallarda müxtəlif obrazlar yaradıb.

Cəvahir




Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/170925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR