Obamadan gizli əməliyyat: Əsəd necə məhv ediləcək? - VARİANTLAR

Obamadan gizli əməliyyat: Əsəd necə məhv ediləcək? - VARİANTLAR
11:38 5 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ hakimiyyəti Suriya münaqişəsinə hərbi müdaxilə və Bəşər Əsədin hərbi güclərinə zərbə variantlarına baxır.

Publika.az xəbər verir ki, bu haqda “The Washington Post” qəzeti yazıb.

Nəşrin məlumatına görə, keçən həftə Ağ Evdə Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Suriya rejiminin mövqelərinə aviazərbələrin vurulması məsələsi müzakirə edilib. Məsələnin müzakirəsi prezident Barak Obamanın rəhbərliyi altında Milli Təhlükəsizlik Şurasının iclasında davam edəcək. Görüş qarşıdakı istirahət günlərində keçirilə bilər.

Müzakirənin iştirakçılarından birinin sözlərinə görə, baxılan variantlar arasında Suriya Hərbi Hava Qüvvələrinin uçuş-enmə zolaqlarına qanadlı raketlər və uzaq hərəkət radiuslu başqa silahlarla aviazərbələrin endirilməsi var. Həmçinin Ağ Evin etirazlarını keçmək üçün əməliyyatın gizli və BMT Təhlükəsizlik Şurasının razılığı olmadan keçirilməsi təklif edilib.

Qəzetin başqa mənbəsinin sözlərinə görə, bu strukturlarda hesab edirlər ki, Hələbin rejimin əlinə keçməsi Suriyada Amerikanın anti-terror hədəflərinə zərbə vuracaq.

“Washington Post” vurğulayır ki, Obamanın aviazərbələri dəstəkləyəcəyi ağlasığmazdır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171012.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR