Olland eks-prezidentlərin pulunu kəsdi

Olland eks-prezidentlərin pulunu kəsdi
16:57 5 Oktyabr 2016
32 Dünya
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Fransu Olland sabiq prezidentlərin saxlanılmasına dövlət büdcəsindən ayrılan xərcləri ixtisar etmək barədə fərman imzalayıb.

Milli.Az azvision.az-a istinadən bildirir ki, fərmana əsasən, dövlət başçısı vəzifədən getdikdən beş il sonra xidmət personalının sayı beş nəfərədək ixtisar ediləcək. Fərman Fransanın gələcək prezidentlərınə, həmçinin sağ olan sabiq dövlət başçılarına şamil ediləcək. 

Sabiq prezidentlərın saxlanılması Fransa büdcəsinə ildə 10,3 milyon avroya başa gəlir.

Qeyd edək ki, Fransanın hər bir sabiq prezidentinə xidməti mənzil, əməkhaqqı dövlət xəzinəsindən ödənilən yeddi nəfərlik ştat, avtomobil və onun saxlanmasına ildə 65 min avro verilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR