OPEC ölkələri İstanbula yığışır

OPEC ölkələri İstanbula yığışır
01:13 6 Oktyabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

OPEC-ə üzv ölkələr oktyabrda İstanbulda qeyri-rəsmi görüş keçirəcəklər.Tədbirdə kartelə üzv olmayana ölkələrin nümayəndələri də iştirak edəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əlcəzairin Energetika naziri Nurəddin Buterfa bəyan edib.

Onun sözlərinə görə, oktyabrın ortalarında baş tutan görüşdə neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələr davam etdiriləcək.

OPEC-ə üzv olan ölkələrin sentyabrın 28-də Əlcəzairdə baş tutan görüşündə orta sutkalıq hasilatın 32,5 milyon barel səviyyəsinədək məhdudlaşdırılmasına dair razılıq əldə olunub. Görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib. Yekun qərar OPEC--in noyabrda Vyanada keçiriləcək rəsmi toplantısında qəbul ediləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR