Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz"

Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz"
12:52 6 Oktyabr 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Çalışacağıq ki, ötən ildəki kimi bu dəfə də hər şey düzgün olsun və kim nəyə layiqdirsə, o nəticəni də qazansın. Oyunları izləyirik. Mənim üçün "Qarabağ", "Rəvan", "Şəmkir" və ya digər klubun fərqi yoxdur". 
"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun bu gün keçirilmiş püşkatma mərasimində deyib.

PFL prezidenti oyunlarda hakimlər tərəfindən qərəzli idarəçiliyin olmayacağını bildirib: ""Qarabağ"ın futbolçusu Elvin Yunuszadəyə "Fiorentina" ilə İtaliyadakı oyunda göstərilmiş qırmızı vərəqədən bizim çempionatda verilsə, Xaqani Məmmədovu biabır edərlər. Hər şey nəzərə alınıb. Çalışırıq ki, bütün işlər hamının ürəyincə olsun. Səhv ola bilər, ancaq qərəz olmasın. Özünüz də bilirsiniz ki, qərəzli hakim bizim yanımızda ola bilməz".

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/ramin-musayev-qerezli-hakim-yanimizda-ola-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR