Haiti adasında meşələrin seyrəlməsinin səbəblərindən biri də ac uşaqların ağacları gəmirməsi, yeməsi ilə bağlıdır.

ABŞ-dakı "The Weather Channel" telekanalında hava proqnozu buraxılışının aparıcısı Cen Delqado canlı yayımda belə deyib.

Milli.Az Complex.com-a istinadən bildirir ki, Delqado həmin buraxılışda Karib regionunun vurmuş "Metyu" qasırğasından bəhs edirdi.

"Haitidə meşələrin sahəsi azaldığı halda qonşu Dominikan Respublikasında meşələr insanları fəlakətdən qoruyur. Haitidə ağacları qırır, sonra yandırırlar. Uşaqlar var ki, həddən ziyadə ac olduqları üçün ağacları yeyirlər", - Cen Delqado deyib.

Teleaparıcının bu açıqlaması qalmaqal yaradıb. Bir çox siyasətçilər, o cümlədən Haitinin sabiq baş naziri Loran Lamot bu açıqlamanı qətiyyətlə pisləyib.

"The Weather Channel" telekanalının rəhbəri Devid Klark üzr istəyib.

Daha sonra Delqadonun özü də Facebook profilində üzr istəyib: "Haiti sakinlərinin ağır yaşam şəraitinə, xüsusilə də qasırğanın yaratdığı fəsadlara diqqəti yönəltmək istəyirdim. Təhqiramiz təsir bağışlaya biləcək istənilən ifadəmə görə dərin təəssüf hissi keçirir, üzr istəyirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda biabırçılıq: aparıcı ölkəni təhqir etdi - VİDEO - FOTOCanlı yayımda biabırçılıq - 1