Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şuras yaradılıb - FƏRMAN

Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şuras yaradılıb - FƏRMAN
19:09 6 Oktyabr 2016
16 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman verib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.

 

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının (bundan sonra – Şura) əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.

Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

 

 

Şuranın sədri

 

Əli Əhmədov – Azərbaycan Respublikası Baş nazirinin müavini

 

Şuranın sədr müavini

 

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Şuranın üzvləri:

 

Tahir Budaqov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

 

Hicran Hüseynova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

 

Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini

 

Mahmud Məmməd-Quliyev – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

 

İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

 

Ceyhun Bayramov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

 

İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

 

Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Fuad Hüseynov – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255800

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR