Tacikistanda beynəlxalq sahibkarlıq forumu və sənaye yarmarkası açılacaq

Tacikistanda beynəlxalq sahibkarlıq forumu və sənaye yarmarkası açılacaq
21:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Tacikistanda  “Düşənbə 2016” adlı beynəlxalq sahibkarlıq forumu keçiriləcək.
“Report”un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi xəbərə görə, forumda iştirak etmək üçün oktyabrın 1-dən qeyddiyyatdan (www.forumtajikistan.tj) keçmək lazımdır.
Eyni zamanda oktyabrın 24-dən 31-dək Düşənbədə "X Beynəlxalq Sənaye Yarmarkası və Əməkdaşlıq Birjası" adlı tədbir baş tutacaq.
Azərbaycanda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları və sahibkarlar tədbirlərdə iştiraka dəvətlidirlər.
Tədbirlər haqqında məlumat almaq və iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/turizm-ve-sergiler/ozbekistanda-beynelxalq-sahibkarliq-forumu-ve-senaye-yarmarkasi-acilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR