Nigerdə qaçqınlar düşərgəsinə hücum zamanı 22 hərbçi ölüb

Nigerdə qaçqınlar düşərgəsinə hücum zamanı 22 hərbçi ölüb
03:07 7 Oktyabr 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 oktyabr. REPORT.AZ/ Nigerdə qaçqınlar düşərgəsinə hücum zamanı 22 hərbçi ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin baş naziri Briqi Rafiniyə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə bir qrup silahlı şəxsin qaçqınlar düşərgəsinə hücumu zamanı baş verib.
"Biz Tassalitdə düşərgəyə hücum haqda məlumatr əldə etmişik. Son məlumata görə, 22 hərbçi həlak olub" – deyə baş nazir bildirib.
Ölkənin mərkəzi hissəsindəki düşərgədə Malidən olan qaçqınlar məskunlaşıblar.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/nigerde-qacqinlar-dusergesine-hucum-zamani-22-herbci-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR