Birinci və hələlik yeganə lisenziyalı beynəlxalq "Səs Azərbaycan" teleşousunun qalibi Emiliya, "BMF" youtube - kanalında özünün ilk layihəsini - bəstəkar İsa Məlikovun "Son göruş" mahnısına çəkilmiş klipi təqdim edib.

Söhbət 2000-ci illərin əvvəlində Azərbaycanın xalq artisti Zülfiyyə Xanbabayevanın repertuarının bəzəyi sayılan məşhur mahnıdan gedir. Videonun müəllifi gənc, amma öz maraqlı işləri ilə tanınan rejissor və fotoqraf Fərhad Əlidir.

Yəqin ki, çoxları bu suala cavab axtarır: "Müğənninin komandası nə üçün keçmişə, hamıya məlum olan bir materiala müraciət edib?" Milli.Az bildirir ki, birinci layihə üçün bu mahnının seçilməsi təsadüfi olmayıb - heç kimə sirr deyil ki, Emiliya məşhur prodüser Nigar Hacızadənin yeni və kifayət qədər ambisiyalı layihəsidir. Bu da məlumdur ki, Nigar Hacızadə uzun illər boyu yalnız Zülfiyyə Xanbabayeva ilə əməkdaşlıq edirdi (və bu əməkdaşlıq indi də davam edir).

Prodüserin sözlərinə görə, onların bütün komandası ("Son göruş" klipi məhz komanda şəklində işin nəticəsidir) qərara alıb ki, başlanğıc üçün Emiliyanın özünü artıq məşhur mahnı ilə göstərməsi daha düzgün olar, Zülfiyyə xanımın repertuarından olan hit stilistikasına görə gənc müğənninin səsinə çox uyğun gəldi. Aranjmançı Samir Soltanov mahnıya yeni həyat, rejissor Fərhad Əli yeni rənglər, Emiliya isə ona bütün qəlbini qoyub yeni əhval-ruhiyyə bəxş edib.

Məlum olub ki, xalq artisti Zülfiyyə Xanbabayeva Nigar Hacızadənin yeni ideyasına laqeyd qalmayıb və o da bu komandaya qoşulub, daha dəqiq desək, videonun çəkilişində və mahnının yazılmasında çox fəal iştirak edib: yeni versiyada Zülfiyyə xanımın səsini eşitmək olar - o beki və kiçik bir musiqi parçası ifa edir.

Emiliya tənhalıq haqqında oxuyur - rejissor gənc gözəl qızı göstərir. Bu qız öz evində özünə yer tapa bilmir, amma onun ağrısı sevdiyi oğlanın qəlbində heç bir emosiya oyatmır, oğlan onu laqeyd baxışlarla süzür və açıq-aydın onu eşitmir... Çarxda həmin gəncin obrazını "Səs Azərbaycan" layihəsinin digər iştirakçısı, model və müğənni Riad Abdulov canlandırıb.

Layihənin komandası çox ümid edir ki, mahnının orijinal kimi, videoklip və mahnının yeni versiyası da tamaşaçıların qəlbini fəth edəcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Səs Azərbaycan"ın qalibindən xəbər var - VİDEO - FOTOEmiliya - Son Görüş

"Səs Azərbaycan"ın qalibindən xəbər var - VİDEO - FOTO