Moskvada partlayıcı qurğu tapılıb

Moskvada partlayıcı qurğu tapılıb
23:42 7 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "lifenews" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumatda əldəqayırma partlayıcı qurğunun çantaya qoyulduğu və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirildiyi bildirilib.
 
Bundan qabaq isə partlayış təhlükəsi ilə əlaqədar Krokus Ekspo sərgi mərkəzinin yaxınlığında yerləşən azərbaycanlı iş adamına məxsus Vegas City Hall ticarət mərkəzi təxliyyə olunub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR