Rövnəq Abdullayev beynəlxalq yarışlarda uğur qazanmış cüdoçularla görüşüb - FOTO

Rövnəq Abdullayev beynəlxalq yarışlarda uğur qazanmış cüdoçularla görüşüb - FOTO
16:52 8 Oktyabr 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev beynəlxalq yarışlarda medal qazanmış cüdo üzrə milli komandalarımızın üzvləri və məşqçi heyəti ilə görüşüb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya və Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş idmançıları təbrik edib.

Tədbir iştirakçılarına məlumat verilib ki, ötən bir il ərzində idmançılarımız 41 beynəlxalq səviyyəli yarışda 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır. Qeyd olunub ki, bu yarışlardan ən mötəbəri hesab olunan 31-ci Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçularından iki nəfər Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) gümüş medala sahib olub.

Bu tarixi zəfərlərə imza atan hər iki cüdoçumuz hazırda öz çəkilərində bütün rəqiblərini qabaqlayaraq Beynəlxalq Cüdo Federasiyasının dünya reytinq cədvəlinə başçılıq edirlər. Həmçinin Rioda keçirilən 15-ci Paralimpiya Oyunları da Azərbaycan cüdoçuları üçün uğurlu olub. Paracüdoçularımızdan 3 nəfər ölkəmizə medal gətirib. Bildirilib ki, nailiyyətlər bununla bitmir. 2016-cı ilin aprelində Rusiyanın Kazan şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət milli seçmə komandası cüdo tariximizdə ilk dəfə olaraq komanda yarışlarına qatılıb və bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi əsas milli komandamızla yanaşı gənc və yeniyetmə cüdoçularımızın da inkişaf perspektivlərinə böyük önəm verir. Gənc və yeniyetmə cüdoçularımız da ötən bu müddət ərzində Avropa birinciliyi kimi mötəbər yarışda böyük uğur qazanıblar. Gənclərdən ibarət milli komandamız İspaniyanın Malaqa şəhərində keçirilmiş Avropa birinciliyinin fərdi yarışlarında 2 qızıl medal qazanmaqla yanaşı, Azərbaycan cüdo tarixində ilk dəfə olaraq komanda yarışlarında finala yüksələrək gümüş medala layiq görülüb. Yeniyetmə cüdoçularımız isə Finlandiyanın Vantaa şəhərində baş tutmuş Avropa birinciliyini 2 qızıl və 1 bürünc medalla başa vurublar.

Bununla yanaşı qabaqcıl məşqçilərimiz, hakimlərimiz və digər mütəxəssislərimiz müntəzəm olaraq beynəlxalq seminarlarda və təcrübə mübadiləsi proqramlarında iştirak edir, öz bilik və bacarıqlarını artırırlar. Azərbaycanın veteran cüdo hərəkatı da diqqətdən kənarda qalmayıb. 2016-cı ildə Xorvatiyada keçirilən Avropa çempionatına veteran cüdoçularımız ezam olunub və onlar Vətənə 5 qızıl, 1 gümüş və 1 bürünc medalla qayıdıblar. Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub. 2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük Dəbilqə" turniri ən yüksək səviyyədə təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb. Vurğulanıb ki, Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio-de-Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilib və bu barədə müvafiq sazişin yaxın zamanda imzalanacaq.

Sonra ötən bir il ərzində yüksək nəticələr göstərmiş cüdo üzrə milli komandaların üzvləri və məşqçi heyəti mükafatlandırılıb. Tədbirin sonunda çıxış edən R.Abdullayev idmançıları bir daha təbrik edərək bildirib ki, idmançılarımızın bütün yarışlarda iştiraklarını təmin etməli və Tokio olimpiadasına daha çox lisenziya qazanmalıyıq. Federasiya prezidenti qeyd edib ki, lisenziya qazanan idmançılar üçün xüsusi mükafatlar müəyyənləşdirilib. Həmçinin 2018-ci ildə cüdo üzrə Dünya çempionatının yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıqlar həyata keçiriləcək.

Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Vəkil Bakıda biznesmenin dələduzluqda təqsirləndirilən arvadına bəraət istəyib

25 Sentyabr 2017 12:22

Xərçəngin qarşısını alır

25 Sentyabr 2017 12:22

İş adamının arvadına BƏRAƏT tələbi

25 Sentyabr 2017 12:19

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın HAVASI

25 Sentyabr 2017 12:18

"Vaqif Səmədoğlunu yaxşı tanıyıram, o, şərəfin nə olduğunu bilmirdi" - İlqar Əlfioğlu

25 Sentyabr 2017 12:18

Sabah Azərbaycanda havanın temperaturu aşağı enəcək

25 Sentyabr 2017 12:17

Hökumətdən sərhəd-keçid məntəqəsi ilə bağlı

25 Sentyabr 2017 12:16

Yeni cəza növü tətbiq edilir - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:14

Etibar Məmmədoğlu klip çəkdirdi

25 Sentyabr 2017 12:14

Ölkənin kriminal regionların TOP-10-luğu açıqlandı – SİYAHI

25 Sentyabr 2017 12:13

Referendum gərginliyi: Dollar bahalaşa bilər

25 Sentyabr 2017 12:10

Səyyar ASAN xidmət Şirvan və Xırdalanda

25 Sentyabr 2017 12:09

Bəxtiyar Vahabzadənin AİLƏSİNDƏ AĞIR İTKİ: qəflətən...

25 Sentyabr 2017 12:08

Azərbaycanın ali məktəblərində təhsil alan 2500-dən çox gənc bu il diplom ala bilməyib

25 Sentyabr 2017 12:07

AFFA 2 klubu I Diviziona buraxmayıb

25 Sentyabr 2017 12:07

Yasamal rayonunda "Daewoo" yanıb

25 Sentyabr 2017 12:05

5 saylı xəstəxananın baş həkimi vəfat etdi

25 Sentyabr 2017 11:59

Azərbaycanda yeni cəza növü tətbiq edilir

25 Sentyabr 2017 11:59

“Putin Krımın işğalı üzrə...” - İşğalın yeni detalları MƏLUM OLDU

25 Sentyabr 2017 11:58

Azərbaycanda qeyri-adi əməliyyat

25 Sentyabr 2017 11:55

Azərbaycan klubu almanlara təqdim edildi

25 Sentyabr 2017 11:54

Kürdəmir-Karrar dəmir yolunun təmirinə başlanılıb

25 Sentyabr 2017 11:47

Şamaxıda badam əkini təsərrüfatlarının yaradılması təklif edilir

25 Sentyabr 2017 11:47

Penalti vurma, 1 milyon avro al - Şok təklif

25 Sentyabr 2017 11:47

Kəmaləddin Heydərov Samuxda qəbul keçirəcək

25 Sentyabr 2017 11:44

Bakıda geyimlərdə erotik səhnələri kim yayır?

25 Sentyabr 2017 11:44

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 11:43

Bir ilə "ABAD"laşan Balakən

25 Sentyabr 2017 11:42

Daha bir dəmir yolu xətti əsaslı təmir olunur

25 Sentyabr 2017 11:41

Muğam Mərkəzində Beynəlxalq Musiqi Festivalı davam edir

25 Sentyabr 2017 11:39

"Apple" şirkəti "IPhone 8" səbəbindən 43 mlrd. dollar itirib

25 Sentyabr 2017 11:37

Arda Turan ayrılığı rəsmən açıqladı - FOTO

25 Sentyabr 2017 11:37

İlan öz sahibini belə öldürdü...

25 Sentyabr 2017 11:36

“iPhone 8” smartfonunun satışlarında azalma qeydə alınıb

25 Sentyabr 2017 11:35

İşdən çıxarılan Əməkdar artist işinə qayıtdı

25 Sentyabr 2017 11:33

6 yaşlı həmyerlimiz Rusiyada HAMINI HEYRƏTLƏNDİRDİ - VİDEO

25 Sentyabr 2017 11:33

İrəm Dərici sevənlərini üzdü...

25 Sentyabr 2017 11:29

Azərbaycanda 3 aylıq körpə üzərində nadir əməliyyat keçirilib

25 Sentyabr 2017 11:27

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir, bəzi əməllərə görə yüngülləşdirilir

25 Sentyabr 2017 11:27

Azərbaycanlı vunderkind Rusiya telekanalında populyar verilişin qonağı olub

25 Sentyabr 2017 11:27

“Rabitə işi” bir daha məhkəmədə araşdırılacaq

25 Sentyabr 2017 11:24

İsrail Beynəlxalq Məhkəməyə verilir

25 Sentyabr 2017 11:23

Maşallah Əhmədov Əfv Komissiyasına müracət edib

25 Sentyabr 2017 11:22

Bakıda transseksuallara qarşı niyə əməliyyat keçirilir? - NAZİRLİK SƏBƏBİ AÇIQLADI

25 Sentyabr 2017 11:19

Banklar kredit vermir

25 Sentyabr 2017 11:19

Tarixdə AŞURA GÜNÜ baş verən MARAQLI HADİSƏLƏR

25 Sentyabr 2017 11:18

“Kapital Bank” “Ən Güvənli Bank” adına layiq görülüb

25 Sentyabr 2017 11:17

Elza “Xalq şairi”ndən DANIŞIB SƏRT SÖZLƏR İŞLƏTDİ: "Çaqqal-çuqqallar..."

25 Sentyabr 2017 11:13

Avropa çempionatı: Azərbaycanın voleybol yığması Almaniya ilə qarşılaşacaq

25 Sentyabr 2017 11:12

Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftə”sinə start verilir

25 Sentyabr 2017 11:12