DÇ-2018: Yığmamızdan ardıcıl ikinci qələbə

DÇ-2018: Yığmamızdan ardıcıl ikinci qələbə
22:04 8 Oktyabr 2016
133 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisi bu gün növbəti oyununu keçirib. APA-nın məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxıb.

 

UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edib. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirə bilib. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qıra bilib. Bakı Olimpiya Stadionunda baş tutan görüş Robert Prosineçkinin yetirmələrinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, ev oyunundakı qələbə komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnib.

 

DÇ-2018-in seçmə mərhələsi

UEFA zonası

 

C qrupu

II tur

8 oktyabr

 

Azərbaycan - Norveç - 1:0

Qol: Maksim Medvedev, 12

 

Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)

Hakim-inspektor: Erol Ersoy (Türkiyə)

UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)

Bakı Olimpiya Stadionu

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255974

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR