Mercedes-dən elektrik enerjili yük avtomobili - FOTO

Mercedes-dən elektrik enerjili yük avtomobili - FOTO
23:27 9 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Biz "Mercedes-Benz"-dən artıq elektrik enerjili yük avtomobilinin, avto pilotlu avtobusun və kommersiya furqonunun konseptlərini görmüşük, bu gün isə maraqla "yaşıl" yük avtomobili "Urban eTruck"-ı nəzərdən keçiririk. O, Hannoverdəki sərgidə təqdim edildi.

Milli.Az auto.az-a istinadən bildirir ki, yenilik iki elektrik mühərriki ilə hərəkətə gəlir ki, onlar ümumilikdə 340 a.g. və 1000 Nm fırlanma anına malikdir. Üç bloklu tökmə-ionlu batareyanın həcmi isə 212 kilovat-saatdır. Batareya tam dolu olduqda 200 km məsafə qət etmək olar. İstehsalçılar bildirirlər ki, quraşdırılmış batareyaların sayını azaltmaq olduğu kimi, artırmaq da mümkündür. Bu, sifarişçinin istəyindən asılıdır.

"Urban eTruck", həmçinin müxtəlif hərəkət şərtlərinə uyğun bir sıra iş rejimləri, iş gününün planlaşdırılması üçün yüklərin parametrlərini və çatdırılma nöqtələrini nəzərə alan ağıllı sistem ilə də lovğalana bilər. O, arxa görünüş güzgüləri əvəzinə kameralarla, displeylə və multimediya sistemi üçün böyük taçskrin ekranla təchiz edlib.
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/474879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR