Rusiya ilin sonunadək Türkiyədən meyvə və tərəvəz idxalına icazə verə bilər

Rusiya ilin sonunadək Türkiyədən meyvə və tərəvəz idxalına icazə verə bilər
08:05 10 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya bu ilin sonunadək Türkiyədən meyvə-tərəvəz məhsullarının bəzi növlərinin idxalına icazə verə bilər, amma Türkiyənin kənd təsərrüfatı məhsullarının ixracına qadağa tədricən çəkiləcək.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın İqtisadi İnkişaf Naziri Aleksey Ulyukayev bildirib.

"Bu, mərhələli şəkildə həyata keçiriləcək, biz bütün malları dərhal həll etməyəcəyik" - Ulyukayev jurnalistlərə açıqlamasında deyib.

"Belə bir imkan, əlbəttə ki, qalmaqdadır. Və biz buna hazırlaşırıq, biz kənd təsərrüfatı mallarının bəzilərinin girişi üçün qadağanın aradan qaldırılmasına dair müəyyən təkliflər hazırlamışıq. Hamısının yox, bəzilərinin", - Ulyukayev bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/477776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR