Alimlər mobil telefonları 1.5 km məsafədən enerji ilə doldurmağa nail olublar

Alimlər mobil telefonları 1.5 km məsafədən enerji ilə doldurmağa nail olublar
11:35 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“Energiya” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə doldurulması üzrə unikal sınaq keçirib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "1.5 km məsafədən telefonu enerji ilə doldurmaq mümkün olub. Hazırda mütəxəssislər şarjın dəqiq faizini hesablayır" – korporasiyanın nümayəndəsi bildirib.

O, telefonun markasını və akkumulyatorun durumunu  dəqiqləşdirməyib.

Lazer şüasının köməyi ilə elektrik enerjisinin ötürülməsi üzrə elmi təcrübə iki bina arasında keçirilib.
“Energiya” raket-kosmik korporasiyasının nümayəndəsi bildirib ki, mütəxəssislər təxminən iki-üç ay sonra məsafədən kiçik pilotsuz uçan aparatı enerji ilə doldurmağa nail olacaqlar, 1 il sonra isə böyükölçülü peşəkar pilotsuz təyyarə ilə işləyəcəklər. Sonra kosmosda müvafiq sınaqları keçirmək planlaşdırılır.

Emil Hüseynov



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-43706-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR