İŞİD-dən Səudiyyə Ərəbistanına "atəş"

İŞİD-dən Səudiyyə Ərəbistanına "atəş"
14:26 5 Yanvar 2015
144 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının iki sərhədçisi İraqla sərhəddə öldürülüb. Həmin ərazi "İslam dövləti" döyüşçülərinin nəzarəti altındadır.

ANS PRESS-in xəbərinə görə, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi məlumat yayıb ki, hərbçilər yaraqlıların hücumu nəticəsində baş verən atışma zamanı həlak olublar.

Naməlum şəxslər Səudiyyə Ərəbistanının Arar şəhəri ərazisində hərbi patrul məntəqəsini atəşə tutublar və sərhədçilər onlara cavab atəşi açıblar.

İŞİD-in Səudiyyə Ərəbistanına qarşı bu əməlindən sonra bu ölkənin terror qruplaşmasına qarşı hansı cavab addımı atacağı maraqla gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR