Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib

Rusiyanın neft hasilatı post-sovet rekordunu yeniləyib
20:32 10 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 10 oktyabr. REPORT.AZ/ Rusiyanın neft və neft kondensatı hasilatı oktyabr ayında 11,2 mln. barelə yüksələrək post-sovet dövründə orta günlük rekordunu yeniləyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məlumat "Bloomberg" agentliyinin Rusiyanın Yanacaq-Energetika Kompleksinin Mərkəzi dispetçer idarəsinə istinadən verilib. 
Beləliklə, oktyabr ayında gündəlik neft və neft kondensatı hasilatı sentyabr rekordunu 90 min barel/gün və ya 0,8% üstələyib. Bununla da hasilat son 15 ilin rekord səviyyəsinə çatıb.
Xatırladaq ki, hazırda İstanbulda keçirilən Beynəlxalq Energetika Forumunda Rusiya neft hasilatının azaldılmasından çox dondurulması tərəfdarı olduğunu bildirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR