Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar 100% səslər hesablanıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.
Beləliklə, yeni parlamentdə hakim "Gürcü arzusu" (48,8%), sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" Partiyası (27,1%) və "Vətənpərvərlər Alyansı" (5,006%) təmsil olunacaqlar.
Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib.
Milli.Az