Azərbaycanda keçirilən valyuta hərracında dolların qiyməti 1,6 manatdan aşağı düşüb
Paylaş
220 baxış·1 dəq oxu
Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Dövlət Neft Fondu ilə birlikdə (ARDNF) növbəti ikitərəfli valyuta hərracı keçirib. Bu barədə "Report"a AMB-dən bildirilib. Məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,6006 məzənnəsi ilə başlayıb və 1,5986 məzənnəsi ilə yekunlaşıb.