İŞİD yeni namaz vaxtı müəyyənləşdirdi

İŞİD yeni namaz vaxtı müəyyənləşdirdi
17:18 11 Oktyabr 2016
101 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD yeni namaz vaxtı müəyyənləşdirib.

İŞİD Mosulda namaz vaxtlarını 5-dən 3-ə endirərək, riayət etməyənləri cəzalandırmaqla təhdid edib.

İraq Kürdüstan Demokrat Partiyası (KDP) Mosul Mətbuat Katibi Səid Memuzini mövzu ilə əlaqədar "İŞİD şəhər içi və ətrafındakı təhlükəsizlik problemi ilə, Mosulun qurtarılması əməliyyatının yaxınlaşması səbəbi ilə 5 olan namaz vaxtlarını 3-ə endirib" deyib.

Səid Memuzini təşkilatın döyüş halında belə qısa namazların məsciddə qılınmasının şərt olduğunu deyərək, buna əməl etməyənlərə 30 qırmanc cəzası verdiyini söylədi. İŞİD daha əvvəl məscidlərdə azan oxunmasını da qadağan etmişdi. Səbəb olaraq da azan saatlarını hökumətin təyin etmədiyini əsas gətiriblər. Təşkilatın qoyduğu qaydalara görə, namazların məscidlərdə qılınması zəruridir. Məsciddə namaz qılmayanlar fərqli şəkildə cəzalandırılır. (politika.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171773.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR