Myanmada polislə cinayətkarlar arasında atışma baş verib: 12 ölü

Myanmada polislə cinayətkarlar arasında atışma baş verib: 12 ölü
07:27 12 Oktyabr 2016
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Myanmanın qərbindəki Rakhayn ştatında asayiş keşikçiləri ilə silahlılar arasında baş vermiş toqquşmada 12 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.
Məlumata görə, 200-dən çox silahlı polis bölməsinə hücum edib. Cinayətkarlar hücum zamanı odlu və soyuq silahlardan istifadə ediblər.
Asayiş keşikçiləri ağır döyüşdən sonra silahlıların hücumunu dəf edə və onları qaçmağa məcbur edə biliblər. Bu zaman polis əməkdaşlarından 5-i yaralanıb, 1-i itkin düşüb.
Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkarların 2-i əsir götürüblər. Yerli dövlət strukturları ərazidə komendant saatı tətbiq edib.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/myanmada-polisle-cinayetkarlar-arasinda-atisma-bas-verib-12-olu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR