9 ayda 6088 müəssisə və təşkilat yaradıldı

9 ayda 6088 müəssisə və təşkilat yaradıldı
15:18 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

2016-cı ilin yanvar-sentyabr aylarında ölkədə 6088 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb.

Publika.az Statistika Komitəsinə istinadən xəbər verir ki, onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 33,3 faiz artıb. Yeni müəssisə və təşkilatların 63,3 faizi Bakıda, 11,2 faizi Aran, 7,6 faizi Abşeron, 4,8 faizi Lənkəran, 4,6 faizi Gəncə-Qazax, 3,3 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, 2016-cı ilin yanvar-sentyabr aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 83094 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Abşeron və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/171900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR