Şahmar Mövsümov: "EITI-də tamhüququlu üzv olmamağımız enerji layihələrinin maliyyələşdirilməsinə mane olmayacaq"

Şahmar Mövsümov: "EITI-də tamhüququlu üzv olmamağımız enerji layihələrinin maliyyələşdirilməsinə mane olmayacaq"
18:42 12 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 12 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Mədən Sənayesində Şəffaflığın Artırılması" (EITI) QHT koalisiyasında tam hüquqlu üzv olmaması "Cənub Qaz Dəhlizi" kimi beynəlxalq enerji layihəsinin maliyyələşdirilməsinə mane olmayacaq. 
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, əsas məsələ ondadır ki, Azərbaycan üzvlüyünü bərpa etmək üçün çalışır: "Burada əsas çətinlik yeni qiymətləndirmə üsulu ilə koalisiyanın tələb və standartlara cavab verməkdir. Buna isə heç də bütün ölkələr nail ola bilməyib".
"Bu yaxınlarda maliyyə naziri ilə Vaşinqtonda görüşlər keçirdik. Beynəlxalq maliyyə qurumları "Cənub Qaz Dəhlizi" layihəsini yüksək qiymətləndirir və vacib hesab edir" - deyə Ş.Mövsümov qeyd edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR