Elza efirdə müğənniyə əsəbiləşdi: "Sənin kimilər..."

Elza efirdə müğənniyə əsəbiləşdi:  "Sənin kimilər..."
16:31 13 Oktyabr 2016
911 Şou
Ölkə mətbuatı
A- A+

ATV-də yayımlanan “10-dan sonra” verilişində əməkdar artist Elza Seyidcahanla müğənni Şəhla Həmidova arasında qalmaqal yaşanıb.

Axşam.az-ın məlumatına görə, Ş.Həmidovanın “Efirdə ağlamaqla gündəmə gəlməmişəm. Acından ölsəm də özümü sındırmaram. Elza Seyidcahan deyir ki, evini dəyiş. O imkanı, şəraiti halal pulla etmək olmur” sözləri E.Seyidcahanı özündən çıxarıb.

Müğənni qarşı tərəfin həmkarlarını təhqir etdiyini söyləyib:
 
"Camaatı niyə təhqir edirsən? Burada sənət dostlarını təhqir etdin. Evi olan haram pulla qazanıb? Zamiqlər, Nadirlər, mən özüm zülmlə pul qazanırıq, sizin kimi müğənnilər çıxıb efirdə başqa cür danışır. Biz haram qazanırıq? Belə danışmaq olmaz. Səsin də, pulun da var, bəsdir ağladın. Ölkəmizdə sənətə dəyər verirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59230

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR