Xalq artisti Aygün Kazımova “5-ci element” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni bir vaxtlar yaxın rəfiqəsi olan, son illər danışmadığı həmkarı Brilliant Dadaşovadan bəhs edib.
O bildirib ki, B.Dadaşova ona şər atıb, yalan danışıb:
“Brilliant Dadaşova gəldi efirdə dedi ki, guya, konserti olub, yandakı məkanda isə mənim çıxışım imiş. Mən zalı doldura bilməmişəm, jurnalistləri götürüb, Brilliantın ağzıdolu zalına gəlmişəm ki, baxın mənim tamaşaçılarımdır. Hansı müğənni bunu özünə sığışdıra bilər? O günə qalmışam ki, zalı doldura bilməyim? Mənim həmin gün konsertim yox idi. İstanbuldan qonaqlarım var idi. Onları götürüb Brilliant Dadaşovanın konsertinə gəldim ki, ölkəmin sənəti olan müğənnisini tanısınlar. Özü də Brilliant başqa müğənniləri konsertə dəvət etmişdi, məni isə yox. Pul verib, bilet alıb, konsertinə getdim. Gələn kimi bütün media töküldü üstümə. Bu da Brilliantı qıcıqlandırdı, özündən fantaziya qurmağa başladı, şər atdı. Sonra dedi ki, biz heç vaxt dost olmamışıq. Yəqin onu qıcıqlandıran nəsə var ki, belə edir. Səndən soruşan var idi ki, dostsunuz? Onsuz biz dostluğumuzu nümayiş etdirmişdik. Yalan danışıb, kimisə şərləmək lazım deyildi. Həmin gün Brillianta ikiqat xeyir vermişdim”.
A.Kazımova “Zülfiyyə Xanbabayeva ilə də aranızda soyuqluq var. Deyirlər buna Brilliant Dadaşova səbəb olub” sözlərinə belə cavab verib:
“Bu çox məxfi söhbətdir. Aramızda olub və belə də qalacaq. Heç bir anlaşılmazlıq yoxdur. O dedi, mən tərəfdən də o cür qəbul olundu. Uman yerdən küsərlər, dostdan addım gözləyirsən, amma onun yerinə başqa şey gəldi. Səhnədə artistlik edə bilərəm, həyatda bacarmıram”.
Aygün illərlə küsülü olduğu Brilliant və Zülfiyyə haqda: "Mənə şər atır"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Paşinyanın şəxsi həyatı məhkəməlik oldu - Pul tələb edir?
Bu gün
·
02:41
“Vikinq”lə matça 23 futbolçumuz hazırdır” - Dambrauskas
Bu gün
·
01:03
Noyabr ayında 4 bürcün bəxti gətirəcək
Bu gün
·
00:08
“Ailəm üçün yaşamalıyam” - 9 kiloqram arıqlayan İbrahim Borçalı
Bu gün
·
00:05
İstanbulda futbol gecəsi - "Qalatasaray" almanları əliboş göndərdi
Dünən
·
23:53
Molla 32 yaşlı arvadını qətlə yetirib - TƏFƏRRÜAT
Dünən
·
23:51
Körpələr üçün təhlükəlidir - Türkiyə satışını dayandırır
Dünən
·
23:09
"Niyə subaysan" sualına belə cavab verdi
Dünən
·
23:07
Bu şəxslərə maaşdan əlavə pul verilə bilər - TƏKLİF
Dünən
·
23:00
"Xoşbəxt deyiləm" - "Fənərbağça"lı ulduz futbolçu
Dünən
·
22:54
"Şəki yaylası" istirahət mərkəzi bağlandı
Dünən
·
22:49
Ən qonaqpərvər ölkələr açıqlandı - SİYAHI
Dünən
·
22:41
Noyabrın 4-də paytaxtda qaz kəsiləcək - Ərazilər
Dünən
·
22:34
Maşın bazarında nə baş verir? - Qiymətlər dəyişir
Dünən
·
22:26
"Mahmut Hoca"nın oğlu illər sonra üzə çıxdı - FOTO
Dünən
·
22:26