"V Element" aparıcısının efirdən ayrılmağının səbəbi bilindi

"V Element" aparıcısının efirdən ayrılmağının səbəbi bilindi
13:22 14 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Primetime.az xəbər verir ki, ötən gün ATV telekanalında yayımlanan ən baxımlı və reytinqli verilişlərdən sayılan "V Element"in yeni mövsümdə ilk buraxılışı yayımlanıb.

Proqramın ilk qonağı xalq artisti Aygün Kazımova olub. Aparıcılardan Ranar Musayev ənənəvi olaraq, rubrikaya keçid alanda ABŞ-a köçən həmkarları Rüfət Ağayevin adını çəkib. Bu zaman digər aparıcılar Hüsniyyə Məhərrəmova və Kamilə Babayeva kövrəliblər. Hətta Ranar Rüfətin şəkli olan afişanı göstərərək: "Hüsniyyə bu gün verilişə Rüfətin afişası ilə gəlib", - deyib.

Ranar həmçinin tamaşaçılar üçün də Rüfətin verilişdən ayrılmasının səbəbini açıqlayıb: "Elə bilirlər ki, Rüfəti verilişdən özümüz azad etmişik. Amma bu, bildiyiniz kimi deyil. Rüfət öz qərarı və istəyi ilə Amerikaya təhsil almağa gedib. Bu onun çoxdankı arzusu idi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR