İrəvanda KTMT-nın iclası başladı

İrəvanda KTMT-nın iclası başladı
16:22 14 Oktyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclası başlayıb.

Milli.Az bildirir ki, bu barədə azvision.az erməni KİV-nə istinadən xəbər verir. 

Məlumata əsasən şuranın iclasında iştirak etmək üçün Qırğızıstan və Tacikistan prezidentləri ötən gün Ermənistanın paytaxtına gəlib. Bu gün isə İrəvana Rusiya və Belarus prezidentləri gəliblər.

Qeyd edək ki, iclas zamanı əsas diqqət terrorizmlə mübarizə tədbirlərinə yönəldilib. KTMT-nin İrəvandakı iclasında nizamnamə orqanlarında sədrlik Ermənistandan Belarusa keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR