Səudiyyə vətəndaşlarına bu ölkələrə getməyə icazə verilmir - SİYAHI

Səudiyyə vətəndaşlarına bu ölkələrə getməyə icazə verilmir - SİYAHI
11:05 15 Oktyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, idarə İran, İraq, Yəmən, Suriya, İsrail, Fələstin əraziləri, eləcə də Taylanda səfər edən vətəndaşların böyük həcmdə cərimə olunacaqları barədə xəbərdarlıq edib.

Eləcə də krallıq vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən, ümumiyyətlə, kənara çıxmalarına qadağa qoyulacaq.

Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/479592.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR