Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən azad edilməsi üçün əməliyyat başlayıb

Suriyanın Dabık qəsəbəsinin İŞİD-dən azad edilməsi üçün əməliyyat başlayıb
14:37 15 Oktyabr 2016
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 oktyabr. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsinin terrorçu İŞİD qruplaşmasından təmizlənməsi üçün əməliyyata başlayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, İŞİD-in müqəddəs olarq qəbul etdiyi bu yaşayış məntəqəsində terrorçu qruplaşmanın 1200 silahlısı olduğu bildirilib.
Qeyd edək ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisninin çoxu türkməndir. 2014-cü ilin avqustunda İŞİD Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra qəsəbəni ələ keçirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR