ABŞ Rusiyanın qarşısından geri çəkildi

ABŞ Rusiyanın qarşısından geri çəkildi
23:57 15 Oktyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama ölkəsinin Milli Təhlükəsizlik Şurasının konfransında Suriya böhranının həllində diplomatik metodlara və çoxtərəfli danışıqların davam etdirilməsinə üstünlük verdiyini ortaya qoyub.

Milli.Az strateq.az-a istinadən bildirir ki, məlumatı Ağ ev yayıb.

Ağ   evdən yayılan rəsmi məlumatda qeyd olunub ki, "Milli Təhlükəsizlik Şurasının iclasında İŞİD ilə mübarizə və Suriya xalqının ağrılarının necə azaldıla biləcəyi məsələləri müzakirə olunub və Suriyanın qərbindəki şiddət və Əsəd rejiminin öz xalqına etdiyi zalım hücumlar haqqında müttəfiqlər və tərəfdaşlarla həyata keçirilən görüşlərlə əlaqədar məlumat verilib".

ABŞ-ın Suriyada bir atəşkəs əldə edilməsi üçün Rusiya ilə aparılan danışıqları dayandırdığı xatırladılan yazılı açıqlamada, buna baxmayaraq, Obamanın Suriyadakı daxili müharibələrin diplomatik yollarla həllini dəstəkləmək məqsədiylə bölgədə marağı olan əhəmiyyətli ölkələrlə "çoxtərəfli" danışıqların davam etdirilməsi təlimatı verdiyi qeyd olunub.

Bu isə ABŞ hakimiyyətinin Rusiya ilə münasibətlərini daha artıq gərginləşdirməkdə maraqlı olmadığını göstərir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya ilə bütün danışıqları dayandırdığını elan edən ABŞ-a Moskvadan olduqca sərt cavab verilmişdi. Kreml rəqibinə Aralıq dənizinə S-300 və S-400 raketləriylə təchiz olunmuş gəmilərini göndərdiyini xatırlatmış və Vaşinqtonu başa salmışdı ki, bu raketlər dost-tanış tanımır. Hər hansı təyyarə və ya raketi görərsə, avtomatik işə düşür və rus ordusunun yerləşdiyi məkana yönələn hədəfləri vurur. Rus ordusu isə Suriya bazalarında, Bəşər Əsəd əsgərləriylə eyni hərbi hissələrdə birgə xidmətdədir. Deməli, Bəşər ordusuna atılacaq hər mərmi rus havadanmüdafiə sistemləri tərəfindən "səhvən" özlərinə atılmış kimi də dərk oluna bilər. Uzun sözün qısası, nəbadə, ABŞ Suriya ordusuna qarşı hansısa hərbi əməliyyat keçirmək xəyalına düşər. Əks halda qarşısında rusları görəcək.

Rusiya bununla da kifayətlənməyib öz atom bombası daşıyan təyyarələrini də Sakit okean sahillərində ABŞ-la ən yaxın sərhədlərə göndərmiş və təhlükəli uçuş manevrləri keçirmişdi. Bununla da, lazım gələrsə ABŞ-la nüvə diliylə danışa biləcəyi mesajını vermişdi.

Əslində dil pəhləvanlığında ABŞ da Rusiyadan geri qalmamışdı. O da özünün üzünə ağ olmaqlığın ağır bədəlləri olacağını tərəflərə əyani sübutlarla başa salacağını bildirmişdi.

Amma bugünkü Milli Təhlükəsizlik Şurasından çıxan qərar dillə biləyin çox zaman eyni sözləri demədiyinin ən bariz nümunəsi kimi tarixə düşəcək. Nədən ki, bir müddət əvvəl Rusiya ilə bütün danışıqları dayandırdığını elan edən həmin ABŞ indi "küsülü də olsam, onunla danışacağam" deyir.

Görünən budur ki, Obama Rusiyanın mesajlarını xeyli ciddi qəbul etmiş, Milli Təhlüksizlik Şurasının son iclasında geri çəkilməyi daha məsləhətli bilmişdir.

Halbuki, toplantıdan hər kəs tamamilə başqa qərarlar gözləyirdi. Beynəlxalq agentliklər yığıncaqdan əvvəl Ağ Ev qaynaqlarına istinad etdikləri xəbərlərdə Obama və xarici siyasət rəsmilərinin hərbi müdaxilə və digər radikal variantların də ələ alınacağını,  hazırkı vəziyyətin ABŞ üçün böyük bir risk meydana gətirdiyini xəbərlər vermişdilər.

Bir çox ABŞ yetkilisinin açıqlaması da bu ehtimalı qüvvətləndirirdi. Məsələn, "Reuters"ə danışan yüksəkrütbəli ABŞ rəsmisi toplantıda müzakirə ediləcək variantlardan birinin hərbi müdaxilə olduğunu, Suriyadakı Əsəd bazalarına, radar sistemlərinə və təyyarələrə qarşı müdafiə sistemlərinə hava hücumları barədə qərara imza atılacağını bildirmişdi. Amma ilk baxışdan gözlənilən olmadı.

Əslində isə, ABŞ Milli Təhlükəsizlik Şurasının bu qərarı gözlənilməz də deyildi. Son zamanlar Rusiya ilə münasibətləri kulminasiya nöqtəsinə yüksələndə bəziləri kimi, Strateq.az saytı da bunun bir oyun olduğunu, ABŞ-ın Yaxın Şərqi atəşini Rusiyanın qucağına atıb Şərqə-"Trans-Sakit Okean Əməkdaşlıq" sazişi çərçivəsində müqavilələr bağladığı ölkələrə yönəlmək istədiyini yazmışdı. Bu mülahizəyə görə, Obamaya öz ictimai rəyinə atacağı addımı əsaslandırmaq üçün bəhanə lazım idi. Rusiya da yaxın perspektivdə özünə sərf etdiyi üçün bu oyunun aktyoruna çevrilmişdi.

Uzaq perspektivdə həmin gizli əməkdaşlığın nə qədər davam edəcəyini isə zaman göstərəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Zaqatala meşəsində baş verən yanğın lokallaşdırılıb

24 Sentyabr 2017 21:52

Bu andan bir saniyə sonra elə hadisə baş verdi ki...

24 Sentyabr 2017 21:49

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

24 Sentyabr 2017 21:47

"Qəbələ" "Neftçi"ni belə uddu - VİDEO

24 Sentyabr 2017 21:47

Hacıqabulda yol qəzası

24 Sentyabr 2017 21:40

FHN Zaqatalada yanğınla bağlı məlumat yaydı - YENİLƏNİB

24 Sentyabr 2017 21:34

Türkiyədə güclü zəlzələ baş verdi

24 Sentyabr 2017 21:28

Prezident İlham Əliyev milli komandamızın oyununda - FOTOLAR

24 Sentyabr 2017 21:24

Bədəninizdəki ehtiras nöqtələri

24 Sentyabr 2017 21:20

Almaniyada parlament seçkilərinin ilkin nəticələri açıqlandı

24 Sentyabr 2017 21:18

Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb

24 Sentyabr 2017 21:17

Aviaşouda təyyarə qəzaya uğradı, pilot öldü

24 Sentyabr 2017 21:14

"Qəbələ" - "Neftçi" matçından sonra insident baş verib

24 Sentyabr 2017 21:12

Almaniyanın yeni baş nazirinin adına aydınlıq gəldi

24 Sentyabr 2017 21:09

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 319 nəfərə çatıb

24 Sentyabr 2017 21:07

“Kitab oxuyan sərnişinlərdən gediş haqqı alınmayacaq” – FOTOLAR

24 Sentyabr 2017 21:03

Merkel yenidən qalib oldu

24 Sentyabr 2017 20:59

Sentyabrın 28-29-da Tbilisidə üçüncü İpək Yolu Beynəlxalq Forumu keçiriləcək

24 Sentyabr 2017 20:57

"Onlar həmin anda həddi aşdılar" - Roman Qriqorçuk

24 Sentyabr 2017 20:57

Almaniyada məscidə hücum olundu

24 Sentyabr 2017 20:57

AÇ-2017: Azərbaycan - Polşa 3:0

24 Sentyabr 2017 20:53

Millimizdən inamlı qələbə

24 Sentyabr 2017 20:43

Avro-2017: Millimiz itkisiz irəliləyir

24 Sentyabr 2017 20:39

"Qəbələ"nin futbolçuları arasında gərginlik

24 Sentyabr 2017 20:37

Tərlan Əhmədov: "Elxan Abdullayev bizə hörmətlə yanaşsın"

24 Sentyabr 2017 20:37

Şəkidə meşədə çürümüş kişi meyiti tapıldı

24 Sentyabr 2017 20:28

Azərbaycanın cüdo millisi Avropa açıq çempionatını 5 medalla başa vurub

24 Sentyabr 2017 20:27

Hacıqabulda maşın piyadanı vuraraq öldürdü

24 Sentyabr 2017 20:24

Goranboydakı hərbi hissədən Bakıya qayıdan şəxslər qəzaya düşüb, 3 nəfər ağır yaralanıb

24 Sentyabr 2017 20:17

"İraqda irqçi dövlət qurula bilməz"

24 Sentyabr 2017 20:15

Goranboyda AĞIR QƏZA - Sərnişin öldü - FOTO

24 Sentyabr 2017 20:08

Ucarda “NİVA” yük maşını ilə toqquşdu - 3 yaralı

24 Sentyabr 2017 20:04

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub

24 Sentyabr 2017 20:02

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 20:01

Zaqatalada dağlıq ərazidə meşə yanır

24 Sentyabr 2017 19:53

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

24 Sentyabr 2017 19:47

Veteran idmançı evində ölü halda tapıldı

24 Sentyabr 2017 19:46

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatdı

24 Sentyabr 2017 19:38

"Sumqayıt"dan "Qarabağ"a 5 qol

24 Sentyabr 2017 19:37

Bu ölkənin paytaxtı dəyişdirilir

24 Sentyabr 2017 19:33

Tanınmış model o görüntüsünü paylaşdı

24 Sentyabr 2017 19:25

Antalyaya getmək istəyən şəxsi aldatdılar

24 Sentyabr 2017 19:24

İraq ordusu peşmərgə ilə razılaşdı - Hücum planı

24 Sentyabr 2017 19:23

Azərbaycan prezidentinin Neftçala və Salyan rayonlarına səfəri başa çatıb Böyüt

24 Sentyabr 2017 19:17

Oğurladığı maşınla səyahətə çıxan azərbaycanlı - FİLM KİMİ CİNAYƏT

24 Sentyabr 2017 19:14

Meşədə kişi meyiti tapıldı

24 Sentyabr 2017 19:03

İran Kürdüstan Muxtariyyəti ilə sərhəddə ordu yeritdi

24 Sentyabr 2017 18:54

İndoneziyada 34 min nəfər təxliyyə olundu

24 Sentyabr 2017 18:54

İmişlidə qəza: Yaralanan var

24 Sentyabr 2017 18:53

Maşınını avtoyuma məntəqəsinə verən qadın işə düşdü

24 Sentyabr 2017 18:49