Mosulda İŞİD liderinə qarşı "üsyan" olub

Mosulda İŞİD liderinə qarşı "üsyan" olub
15:37 17 Oktyabr 2016
98 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Mosuldakı "İslam polisi" terrorçu İŞİD qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadiyə qarşı "üsyan" edib"
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "As-Sumariyya" telekanalı məlumat yayıb.
İraqın Naynava əyələtindən verilən məlumata görə, "İŞİD liderinə qarşı çevriliş"in başında Mosul sakini Əbu Osman durur.
Məlumata görə, Mosul hazırda xaotik vəziyyətdədir və terrorçular arasında döyüş hallarına rast gəlinir. "Üsyançılar" Mosulda əl-Bağdadi hakimiyyətinin bitdiyini bəyan ediblər.
Xəbərdə bildirilib ki, Mosulla bağlı əməliyyatlar başlayandan sonra əl-Bağdadi Suriyanın Rakka şəhərinə qaçıb, həyat yoldaşı isə Mosulda "üsyançı polis" tərəfindən həbs olunub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR