Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfəyə yaxın azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 7 dəfəyə yaxın azalıb
16:47 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 22,64% azalaraq 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 12 742 682,77 min ABŞ dolları təşkil edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə idxal əməliyyatlarının həcmi 5,98% azalaraq 6 201 463,08 min dollar, ixrac əməliyyatlarının həcmi 33,81% azalaraq 6 541 219,69 min dollara enib.
Beləliklə, ticarət dövriyyəsinin müsbət saldosu 6,5 dəfə azalaraq 339 756,61 min dollar təşkil edib.
Cari ilin ilk 9 ayı ərzində ölkəyə 6 996 çeşiddə mal idxal olunub. Bu müddətdə ölkədən ixrac çeşidi isə 2 511 ədəd olub.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-7-defeye-yaxin-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR