Qvardiola "Kamp Nou"ya qonaq gəlir

Qvardiola "Kamp Nou"ya qonaq gəlir
19:05 17 Oktyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Çempionlar Liqasında (ÇL) III turun həyəcanına start veriləcək. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarının matçları baş tutacaq.

E qrupunda ilk 2 turdan sonra aktivində 4 xal olan və turnir cədvəlinə başçılıq edən "Monako" səfərdə MOİK-in qonağı olacaq. Aktivində cəmi 1 xal olan "hərbçilər" növbəti mərhələ arzularını yaşatmaq üçün bu oyunda qələbə qazanmağa məcburdurlar. Qrupun digər matçı olan "Bayer" - "Tottenhem" görüşünün daha gərgin keçəcəyi istisna deyil. İlk 2 turdan sonra "Bayer"in hesabında 2, "Tottenhem"in aktivində isə 3 xal var. Qalib gələn tərəf digər görüşün nəticəsindən asılı olaraq, liderliyi ələ keçirə bilər.
 
F qrupunda Madrid "Real"ını asan oyun gözləyir. "Legiya"nı qəbul edəcək "kral klubu"nun bu görüşdə rahat qələbə qazanacağı ehtimal olunur. Zinəddin Zidanın komandası "Betis"lə çempionat matçında olduğu kimi, yenə azarkeşlərini bolqollu qələbə ilə sevindirmək arzusundadır. "Real"la birlikdə 4 xal toplayan "Borussiya" isə Portuqaliyaya səfər edəcək. Belə ki, dortmundlular ötən tur "qalaktikos"un çətinliklə məğlub etdiyi "Sportinq"in qonağı olacaqlar.
 
Son İngiltərə çempionu "Lester" ÇL-dəki növbəti görüşünü "Kopenhagen"ə qarşı keçirəcək. İlk 2 oyunda qələbə qazanan "tülkülər" uğurlu seriyanı danimarkalılarla matçda da davam etdirmək arzusundadırlar. G qrupunun digər oyununda isə "Brügge" və "Porto" üz-üzə gələcəklər.
 
H qrupunda "Yuventus"u çətin Fransa səfəri gözləyir. "Qoca sinyora" "Lion"la qarşılaşmadan 3 xalla ayrılmaq üçün xeyli tər tökməlidir. Digər görüşdə isə "Sevilya" Zaqrebdə yerli "Dinamo" ilə qarşılaşacaq.
 
İkinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçiriləcək.
 
A qrupunda "Arsenal"ın "Ludoqorets", PSJ-nin isə "Bazel"lə matçda çətinliklə üzləşəcəyi inandırıcı görünmür.
 
Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan "Beşiktaş"ı ağır İtaliya səfəri gözləyir. "Qara qartal" ilk 2 oyunda heç-heçə edərək, hələ ki, qələbə qazana bilməyib. "Napoli" ilə oyunda bu istəyi həyata keçirmək isə İstanbul təmsilçisinə asan başa gəlməyəcək. Qrupun digər görüşündə Kiyev "Dinamo"su "Benfika"nı qəbul edəcək.  
 
Turun mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. Belə ki, itkisiz irəliləyən "Barselona" öz meydanında "Mançester Siti" ilə üz-üzə gələcək. Bu isə o deməkdir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində "Kamp Nou"ya ayaq basacaq. Qvardiolaya sabiq klubu "Bavariya"nın baş məşqçisi kimi də adıçəkilən arenaya qonaq qismində çıxmaq qismət olub.
Digər qarşılaşmada isə "Seltik" Mönhenqladbax "Borussiya"sını qəbul edəcək.
 
D qrupunun lideri "Atletiko" "Rostov"un qonağı olacağı halda, "Bavariya" öz meydanında "PSV Eyndhoven"i sınağa çəkəcək.
 
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, III tur
18 oktyabr

E qrupu

22:45. MOİK (Moskva, Rusiya) - "Monako" (Fransa)

22:45. "Bayer" (Almaniya) - "Tottenhem" (İngiltərə)

1.

Monako

2

1

1

0

3:2

4

2.

Tottenhem

2

1

0

1

2:2

3

3.

Bayer

2

0

2

0

3:3

2

4.

MOİK

2

0

1

1

2:3

1

F qrupu

22:45. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)  

22:45. "Real" (Madrid, İspaniya) - "Legiya" (Polşa)

1.

Borussiya D.

2

1

1

0

8:2

4

2.

Real M.

2

1

1

0

4:3

4

3.

Sportinq

2

1

0

1

3:2

3

4.

Legiya

2

0

0

2

0:8

0

G qrupu

22:45. "Lester" (İngiltərə) - "Kopenhagen" (Danimarka)

22:45. "Brügge" (Belçika) - "Porto" (Portuqaliya)

1.

Lester

2

2

0

0

4:0

6

2.

Kopenhagen

2

1

1

0

5:1

4

3.

Porto

2

0

1

1

1:2

1

4.

Brügge

2

0

0

2

0:7

0

H qrupu

22:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Sevilya" (İspaniya)

22:45. "Lion" (Fransa) - "Yuventus" (İtaliya)

1.

Yuventus

2

1

1

0

4:0

4

2.

Sevilya

2

1

1

0

1:0

4

3.

Lion

2

1

0

1

3:1

3

4.

Dinamo Z.

2

0

0

2

0:7

0

19 oktyabr

A qrupu

22:45. "Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan)

22:45. PSJ (Fransa) - "Bazel" (İsveçrə)

1.

PSJ

2

1

1

0

4:2

4

2.

Arsenal

2

1

1

0

3:1

4

3.

Ludoqorets

2

0

1

1

2:4

1

4.

Bazel

2

0

1

1

1:3

1

B qrupu

22:45. "Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə)

22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

1.

Napoli

2

2

0

0

6:3

6

2.

Beşiktaş

2

0

2

0

2:2

2

3.

Dinamo K.

2

0

1

1

2:3

1

4.

Benfika

2

0

1

1

3:5

1

C qrupu

22:45. "Seltik" (Şotlandiya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)

22:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

1.

Barselona

2

2

0

0

9:1

6

2.

Mançester S.

2

1

1

0

7:3

4

3.

Seltik

2

0

1

1

3:10

1

4.

Borussiya M.

2

0

0

2

1:6

0

D qrupu

22:45. "Rostov" (Rusiya) - "Atletiko" (İspaniya)

22:45. "Bavariya" (Almaniya) - "PSV Eyndhoven" (Hollandiya)

1.

Atletiko

2

2

0

0

2:0

6

2.

Bavariya

2

1

0

1

5:1

3

4.

Rostov

2

0

1

1

2:7

1

3.

PSV Eyndhoven

2

0

1

1

2:3

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR