Nazir müavini: "Neftin qiyməti siyasi alətə çevrilib"

Nazir müavini: "Neftin qiyməti siyasi alətə çevrilib"
13:17 18 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Son illər neftin qiyməti siyasi alətə çevrilib".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu energetika nazirinin müavini Gülməmməd Cavadov bu gün Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün enerji" VII beynəlxalq forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qiymətlərin azalması nəticəsində neft hasilatı ilə məşğul olan ölkələrin vəziyyəti bir qədər pisləşib: "Bu gün Azərbaycanda da vəziyyət bir qədər pisləşib. Mən deməzdim ki, vəziyyət o qədər də kritikdir. İnanıram ki, Azərbaycan bu vəziyyətdən üzüağ çıxacaq. Bu vəziyyətdən uğurla çıxmaq üçün ölkəmizin kifayət qədər valyuta ehtiyatları və güclü iqtisadiyyat var. Sadəcə bir az səbr etmək və işləmək lazımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/480686.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR