"Beşiktaş" Neapol, Qvardiola Barselona səfərində

"Beşiktaş" Neapol, Qvardiola Barselona səfərində
09:37 19 Oktyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün UEFA Çempionlar Liqasında III tura yekun vurulacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçiriləcək.

A qrupunda "Arsenal" "Ludoqorets"lə qarşılaşacaq. Londonluların bu oyunda qələbə şansı yüksək dəyərləndirilir. PSJ-nin də "Bazel"lə oyunda çətinliklə üzləşəcəyi inandırıcı görünmür.

Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan "Beşiktaş"ı ağır İtaliya səfəri gözləyir. Hələ ki, qələbə üzünə həsrət qalan "qara qartal" ilk 2 oyundakı heç-heçədən sonra 3 xal arzusunu səfərdə reallaşdırmaq istəyir. Ancaq bu,  İstanbul təmsilçisinə asan başa gəlməyəcək. Qrupun digər görüşündə Kiyev "Dinamo"su "Benfika"nı qəbul edəcək.  

Turun mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. Belə ki, itkisiz irəliləyən "Barselona" öz meydanında "Mançester Siti" ilə üz-üzə gələcək. Bu isə o deməkdir ki, "şəhərlilər"in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində "Kamp Nou"ya ayaq basacaq. Qvardiolaya sabiq klubu "Bavariya"nın baş məşqçisi kimi də adıçəkilən arenaya qonaq qismində çıxmaq qismət olub.

Digər qarşılaşmada isə "Seltik" Mönhenqladbax "Borussiya"sını qəbul edəcək.

D qrupunun lideri "Atletiko" "Rostov"un qonağı olacağı halda, "Bavariya" öz meydanında "PSV Eyndhoven"i sınağa çəkəcək.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, III tur

19 oktyabr

A qrupu

22:45. "Arsenal" (İngiltərə) - "Ludoqorets" (Bolqarıstan)

22:45. PSJ (Fransa) - "Bazel" (İsveçrə)

1.

PSJ

2

1

1

0

4:2

4

2.

Arsenal

2

1

1

0

3:1

4

3.

Ludoqorets

2

0

1

1

2:4

1

4.

Bazel

2

0

1

1

1:3

1

B qrupu

22:45. "Napoli" (İtaliya) - "Beşiktaş" (Türkiyə)

22:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

1.

Napoli

2

2

0

0

6:3

6

2.

Beşiktaş

2

0

2

0

2:2

2

3.

Dinamo K.

2

0

1

1

2:3

1

4.

Benfika

2

0

1

1

3:5

1

C qrupu

22:45. "Seltik" (Şotlandiya) - "Borussiya" (Mönhenqladbax, Almaniya)

22:45. "Barselona" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

1.

Barselona

2

2

0

0

9:1

6

2.

Mançester S.

2

1

1

0

7:3

4

3.

Seltik

2

0

1

1

3:10

1

4.

Borussiya M.

2

0

0

2

1:6

0

D qrupu

22:45. "Rostov" (Rusiya) - "Atletiko" (İspaniya)

22:45. "Bavariya" (Almaniya) - "PSV Eyndhoven" (Hollandiya)

1.

Atletiko

2

2

0

0

2:0

6

2.

Bavariya

2

1

0

1

5:1

3

4.

Rostov

2

0

1

1

2:7

1

3.

PSV Eyndhoven

2

0

1

1

2:3

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/480875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR