Dünya Mərkəzi Bankları rekord həcmdə ABŞ istiqrazı satıb

Dünya Mərkəzi Bankları rekord həcmdə ABŞ istiqrazı satıb
20:22 19 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Dünya Mərkəzi Banklarının ABŞ istiqrazlarına investisiyaları 3,948 trln. ABŞ dolları ilə son 4 ilin minimum həddinə geriləyib. 
"Report"un "Expert.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat ABŞ-ın Maliyyə Nazirliyinin hesabatına əsasən, hələlik şəxsi investorlar tərəfindən kapital axını kompensasiya olunur.
Hesabatda bildirilib ki, bu ilin avqust ayında rəsmi maliyyə qurumları tərəfindən ABŞ istiqrazlarına investisiyaların həcmi 61,2 mlrd. dollar azalaraq son 16 ilin minimum səviyyəsinə çatıb. Mərkəzi Bankların əlində olan ABŞ istiqrazlarının həcmi isə sentyabr ayının əvvəlindən bu günə qədər 84 mlrd. dollar azalaraq son 4 ilin minimum səviyyəsi olan 2,804 trln. dollara geriləyib.
Avqust ayında ABŞ istiqrazlarını ən çox satan bank Çin Mərkəzi Bankı olub - 33,7 mlrd.dollar. Yaponiya 10,6 mlrd. dollar, S.Ərəbistanı isə 3,5 mlrd. dollarlıq istiqraz satıb. Son bir ildə Çin və S.Ərəbistanı 105,2 mlrd. dollar, digər ölkələr isə 124 mlrd. dollarlıq istiqraz satıb.
Ekspertlər hesab edirlər ki, satışlar adı çəkilən ölkələrin milli valyutalarına təzyiqin artması və büdcə kəsirini maliyyələşdirilməsi nəticəsində baş verən valyuta intervensiyaları ilə bağlı olub. Məhz bu səbəbdən ekspertlər yaxın zamanda ABŞ Federal Ehtiyat Sisteminin(FES) uçot dərəcələrini yüksəldərək istiqrazların cəlbediciliyini artıracağı proqnozlaşdırırlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/dunya-merkezi-banklari-rekord-hecmde-abs-istiqrazi-satib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR