Berlində “Normand dördlüyü” liderlərinin görüşü başa çatıb

Berlində “Normand dördlüyü” liderlərinin görüşü başa çatıb
08:12 20 Oktyabr 2016
37 Dünya
Ölkə mətbuatı
A- A+

Berlində "Normand dördlüyü" liderlərinin görüşü başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, danışıqlar 5 saatdan çox davam edib.
 
Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Anqela Merkel, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında görüş "bağlı qapılar" arxasında keçirilib.
 
Qeyd edək ki, "Normand dördlüyü"nün Ukraynada münaqişənin nizamlanması üzrə ilk görüşü 2014-cü ilin iyununda Fransada baş tutub. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/481223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR