Onun sözlərinə görə, söhbət Kamal İbrahimovdan gedir. O, yeni vəzifəsində Fuad Quliyevi ("Qala Sığorta"nın 100% səhmdarı "AzRe Təkrarsığorta" ASC-nin İH-nin sədri) əvəz edib. F.Quliyev isə hazırda DŞ-nın üzvüdür.
Onunla bərabər DŞ-da Vüsal Abbasov ("AzRe Təkrarsığorta"nın İH-nin sədr müavini) də təmsil olunur. İndiyə qədər DŞ-nın üzvü olan Nərgiz Nəsrullayeva-Müdüroğlu isə vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, Kamal İbrahimov həm də "AzReTəkrarsığorta"nın digər törəmə sığorta şirkəti - "Qala Həyat Sığorta"nın DŞ-na rəhbərlik edir. Bu şirkətin də DŞ-nın digər üzvləri F.Quliyev və V.Abbasovdur. İndiyə qədər "Qala Həyat Sığorta"nın DŞ-nın üzvü olan Loğman Məmiyev isə vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis-Azərbaycan" şirkətinin bazasında yaradılıb, nizamnamə kapitalı 6,787 mln. manatdır.
"Qala Həyat Sığorta" isə 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin əsas səhmdarı "AzRe Təkrarsığorta"dır (88,6%).