Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
22:47 20 Oktyabr 2016
22 İdman
Ölkə mətbuatı
A- A+

"Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da keçirilə bilər. Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.    

"Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq", - deyə UEFA prezidenti əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/481581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR